- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 76
- Sentyabr 25, 2026
- 0

Gəncə idman sarayında III MDB oyunları çərçivəsində üzgüçülük yarışları yekunlaşıb.
Allsport.az xəbər verir ki, bu gün keçirilən 1 500 metr məsafəyə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Anastasiya Gnussina üçüncü yerə çıxıb.
Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.
Azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurub.