- Baxış sayı: 116
- 06 May 2026 16:00
- Baxış sayı: 113
- May 10, 2026
- 0

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində III MDB oyunları çərçivəsində avarçəkmə yarışlarına yekun vurulub.
Allsport.az xəbər verir ki, iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avar çəkənləri ümumilikdə dörd medal qazanıblar. Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobjanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.