- Baxış sayı: 68
- 05 Mart 2026 15:55
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Azərbaycan gənclər və idman nazirliyi (GİN) ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə sentyabrın 3-4-də akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 m məsafədə çıxış edəcəklər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 m məsafədə güclərini sınayacaqlar.