- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Roberto de Zerbi gələn mövsümdən “Mançester Yunayted”in sükanı arxasına keçməyə hazır olduğunu bildirib.
Allsport.az xəbər verir ki, 46 yaşlı məşqçi bu qərarı vermək üçün “Tottenhem”dən gələn təklifdən imtina edib.
Fevralda “Marsel”dən ayrılan və hazırda azad agent statusunda olan de Zerbinin bu addımı müvəqqəti baş məşqçi Maykl Kerrikin vəziyyətini qəlizləşdirə bilər.
Kerrikin rəhbərliyi altında çıxdığı 8 matçın 6-da qələbə qazanan “qırmızı şeytanlar”ın rəhbərliyi onu heç vaxt daimi seçim kimi nəzərdən keçirməyib.