Avarçəkmə üzrə federasiya kuboku

Yanvarın 31-də Azərbaycan kanoe və avarçəkmə federasiyası konsept trenajorda federasiya kuboku təşkil edəcək. “Kür” olimpiya tədris-idman mərkəzində yarışda Bakı və Mingəçevirdən 30-dan çox idmançı mübarizə aparacaq.

Bu növ yarışlar qapalı məkanda avarçəkmə üçün nəzərdə tutulan xüsusi idman qurğusunda keçirilir və dünyada geniş yayılıb. Ötən il Azərbaycanda ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirilib.

Həmin kateqoriyadan