- Baxış sayı: 49
- 07 Sentyabr 2024 13:14
- Baxış sayı: 31
- Sentyabr 20, 2024
- 0
Millinin hazırlıq səviyyəsini daim diqqətdə saxlayan velosiped federasiyasının prezidenti Mədət Quliyev, hər bir idmançı ilə fərdi şəkildə görüşür və söhbətlər aparır. Allsport.az saytı xəbər verir ki, o, elit/U-23 yığmasının üzvü Ayan Xankişiyeva iləbir araya gəlib və onunla bir sıra məsələlər haqda danışıblar.
Görüş zamanı velosipedçinin V İslam həmrəyliyi oyunlarındakı çıxışları, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb. Mədət Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib və onunla birlikdə veloyürüşdə iştirak edib.