Avroliqada rəqiblərimiz bilindi!

Bu gün Monakoda Avropa liqasının əsas mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, mərasimdə “Qarabağ”ın rəqibləri bilinib. Ağdam klubu 4 səbətdən 3-sündə yer alıb. Hər səbətdən ona 2 rəqib düşüb.

Beləliklə, “Qarabağ”ın səfər oyunları “Tottenhem” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Bodo Glimt” (Norveç), “Elfsborq”la (İsveç); ev görüşləri “Ayaks” (Niderland), “Lion” (Fransa)  “Malmö” (İsveç), FCSB (Rumıniya) ilə olacaq.

2024/25 mövsümündən başlayaraq, ilk dəfə liqa qaydası tətbiq olunacaq və burada 36 klub mübarizə aparacaq. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkilib, sonra kompüter nəzarəti komandaların 8 rəqibini seçib. Prosesin uzun zaman aparmamasına görə, belə üsuldan istifadəyə qərar verilib.

Yeni qaydada hər klub 8 fərqli rəqiblə 8 oyun keçirəcək. Bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Yekunda ilk 8 yeri tutanlar 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar 1/8 finalda oynamaq üçün 2 matçdan ibarət pley-off qarşılaşmalarında üz-üzə gələcəklər. 25-36-cı yeri tutanlar isə, avrokuboklarla vidalaşacaqlar.

Həmin kateqoriyadan