Avropa çempionatında növbəti medal

Azərbaycanın daha bir parataekvondoçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlib.

Allsport.az xəbər verir ki, milli üzvü Əbülfəz Abuzərli (80 kq) qitə birinciliyini gümüş medalla başa vurub.

K-44 kateqoriyasında mübarizə aparan Abuzərli finalda Jeonqhun Jooya (Koreya) məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bir gün öncə İmaməddin Xəlilov (70 kq) Avropa çempionu tituluna yiyələnib.

Həmin kateqoriyadan