- Baxış sayı: 90
- 02 Noyabr 2026 21:48
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Saxa respublikasının paytaxtı Yakutiyada “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında taekvondo yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, gənclərdən ibarət Azərbaycan millisi ilk günü 4 medalla başa vurub.
Vasif Səlimov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlyas Hətəmli (48 kq) gümüş, Ziya Həsənli (55 kq) və Fatimə Həsənova (63 kq) bürünc medala yiyələniblər.