- Baxış sayı: 54
- 05 May 2026 14:42
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa olimpiya təsnifat turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, Paris-2024 yay olimpiya oyunlarına aktivində 1 lisenziya olan Azərbaycan millisi yarışa 3 idmançı ilə qatılacaq.
Turnirdə kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında Milad Beiqi Harçeqani (+80 kq), qadınlardan ibarət komandanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında isə Zemfira Həsənzadə (49 kq) ilə Nigar Abdullayeva (57) iştirak edəcək.
Döyüşlər martın 9-10-da olacaq.