- Baxış sayı: 54
- 05 May 2026 14:42
- Baxış sayı: 155
- May 08, 2026
- 0

Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev Avropa çempionatını bürünc medalla başa vurub.
Allsport.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyindən taekvondoçumuz bürünc medala yiyələnib.