- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 167
- Fevral 08, 2026
- 0

Çimərlik voleybolu üzrə Azərbaycan komandaları Avropa çempionatlarında iştirak etmək məqsədilə bu gün Avstriyaya yola düşüblər.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz əvvəlcə 14-17 avqustda Avstriyada keçiriləcək U-22 Avropa çempionatında, daha sonra isə 20-25 avqustda İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.
Ölkəmiz hər iki turnirdə həm oğlanlardan (Məhəmməd Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.
Qızlardan ibarət komandamıza Nihad Tarverdiyev, oğlanlardan ibarət komandamızın isə isə Atvars Vilde rəhbərlik edəcək.