Avropa formatına keçid rəsmiləşdi

MLS təqvimində köklü dəyişiklik edərək Avropa sisteminə keçdiyini elan edib.

Allsport.az xəbər verir ki, bu keçid 2027-ci ilin payızında reallaşacaq. Keçid prosesini tənzimləmək üçün liqa rəhbərliyi fevralda başlayıb mayda başa çatacaq xüsusi “sprint-mövsüm” təşkil edəcək.

Yeni sistemin əsas detalları belədir:

  • Qısa mövsüm (2027 fevral-may): Hər klub 14 oyun keçirəcək. Hər konfransdan 8 komanda pley-offa yüksələcək və olimpiya sistemi ilə çempion müəyyənləşəcək.
  • Tam mövsüm (2027/28): İlk rəsmi “payız-yaz” mövsümü 2027-ci ilin iyulunda başlayacaq və 2028-ci ilin mayında yekunlaşacaq.
  • Qış fasiləsi: 2027-ci ildən etibarən dekabrdan fevrala qədər davam edəcək qış fasiləsi tətbiq olunacaq.

Bu addımla MLS Avropa çempionatları ilə eyni vaxtda başlayıb bitəcək ki, bu da transfer pəncərələri və beynəlxalq turnirlər zamanı yaranan çətinlikləri aradan qaldıracaq.

Həmin kateqoriyadan