- Baxış sayı: 25
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Avropa liqasının kuboku Azərbaycanın bölgələrinə səyahətə yollanıb. Allsport.az saytı xəbər verir ki, bu gün baş mükafat ölkənin 2-ci böyük şəhəri qədim Gəncədə olacaq. Mayın 21-də isə kubok Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sərgilənəcək.
Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir. Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.
Tədbirin daha bir diqqətçəkən məqamı Avropa liqasının finalının səfiri Vəli Qasımov, həmçinin “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq. Həlledici görüş mayın 29-da Bakı olimpiya stadionunda saat 23:00-da başlayacaq.