- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Azərbaycan Şengen zonasına daxil deyil, bu səbəbdən UEFA qaydalarına görə “Qarabağ” – “Mölde”ni bitərəf meydanda qəbul etsin. Allsport.az xəbər verir ki, bunu Norveç hökumətinin Sol (Vənister) partiyadan olan mədəniyət naziri Abid Racə mətbuata açıqlamasında bildirib. O, görüşün neytral meydanda keçirilməsi tələbləri haqqında Norveç xəbər agentliyi NTB-yə bunu söyləyib: “Norveç futbol federassiyasına cavab ünvanlayaraq, klub üçün xüsusi qərar qəbul etmənin bir həftədən erkən mümkün olmayacağını bildirdim. Qoy onlar UEFA qaydalarında göstərildiyi kimi, neytral meydana təyin etsinlər”.
Avropa ölkələrində bürokratik sistem tam da “Mölde”nin istədiyi şəkildə işləyir. Bənzər tələblərlə müraciət edilən ünvan tələbə uyğun cavab verə bilmək üçün, bütün imkanlar yoxlanılır. Norveç klubu hökumətlərindən özəl icazə istəməmişdi, UEFA-da “Mölde”nin gerçəkdən bəhanə etmədiyini hökumətlərinin dilindən eşitmək istəyirdi. NFF qarşı tərəfə hökumətin “Mölde”nin karantinlə bağlı müraciətinə mənfi cavab aldıqlarını bildirdiyinə görə, ali qurumun neytral meydan qərarı verməkdən başqa çarəsi qalmır.
Görünən odur ki, rəsmi Norveç, futbol federasiyası və “Mölde” rəhbərliyi birləşərək UEFA-dan klublarının xeyrinə qərar çıxarmaq üçün bürokratik şərtlərin tələblərinə uyğun lazım olan cavabı təmin ediblər. Əgər rəqib UEFA-dan öncə Norveç hökumətinə müraciət etmiş olsa, kommunist nazir Abid Racə belə bir qərar çıxara bilmələri üçun kifayət qədər vaxtlarının olduğunu inkar edə bilməzdi. Hökumət zaman darlığın bəhanə göstərərək, NFF əvvəlcədən UEFA-ya müraciətə hökumət qərarının da əlavə edilməsi istəniləcəyini bilərək “Mölde”nin xeyrinə ali qurumdan qərar çıxarılması üçün, necə deyərlər, “vaxt öldürdülər”.
Mansur DADAŞ, İsveç