- Baxış sayı: 47
- 27 Dekabr 2024 12:31
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Bu gün Bakı-2015-in Əməliyyat Komitəsi kişi və qadından ibarət 24 voleybol komandasının gələn ilin yayında keçiriləcək yarışlarda iştirak hüququ qazandıqlarını təsdiq edib. Allsport.az saytı xəbər verir ki, mötəbər tədbirdə seçmələrdə reytinqdə birinci olan Rusiya hər iki turnirdə mübarizə aparacaq.
Kişilərin yarışında ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyə kollektivi yer alıb. Qadınlarda, kvalifikasiyada Serbiya, İtaliya, Türkiyə, Almaniya, Niderland, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya fərqləniblər.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin bu barədə açıqlaması belədir: “Biz əminik ki, Avropa Oyunlarının 2016-cı ildə Rioda keçiriləcək olimpiada üçün seçmə yarışlara vəsiqə təqdim etməsi, Bakı 2015-də Avropanın ən yaxşı komandalarının iştirak edəcəyinə imkan yaradacaq. Bu, teleyayım tərəfdaşlarımız, tamaşaçılar və bütün qitədəki voleybol azarkeşləri tərəfindən böyük marağın yaşanacağı deməkdir”.
Paytaxtda yerləşən “Büllur Saray”da keçiriləcək 16 günlük yarışda 2 qızıl medal uğrunda mübarizə aparılacaq. Avropa Voleybol Federasiyasının prezidenti Andre Meyer deyib: “Qitənin ən yaxşı komandalarının həm kişi, həm də qadınlardan ibarət turnirlərdə iştirakı birinci Avropa Oyunlarında mükəmməl voleybol yarışlarının keçiriləcəyinə zəmanət verir. Bakı-2015 beynəlxalq voleybol təqvimində əlamətdar tarix kimi qeyd olunacaq. Biz Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsini həyəcanla gözləyirik”.