- Baxış sayı: 100
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Avstraliyanın olimpiya millisinin otüstü xokkeyçisi Tom Kreyq, Paris küçələrində kokain alarkən həbs edilib. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı idmançı çərşənbə axşamı axşam saatlarında dilerdən 1 qram kokain alarkən saxlanılıb. Ona narkotik satan şəxs də həbs edilib.
Avstraliya Olimpiya Komitəsi çərşənbə günü səhər Kreyqə qarşı heç bir ittiham irəli sürülmədiyini bildirib. Avstraliya komandasının üzvü kimi o, Tokio olimpiadasında gümüş medal qazanıb.
Paris-2024-də bu kollektiv 1/4 finalda mübarizədən kənarlaşdırılıb.