- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Avstriya yığmaları arasında keçiriləcək qarşılaşmanın hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, bu oyunu İslandiyadan olan hakimlər idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Gunnar Yarl Yonson olacaq. Ona Gunnar Gunnarson və Birkir Siqurdarson kömək edəcək. Dördüncü hakim funksiyasını isə Torvaldur Arnason yerinə yetirəcək.
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu oktyabrın 9-da Sankt-Pelten şəhərindəki “NV-Arena”da keçiriləcək və saat 20:30-da start götürəcək.