- Baxış sayı: 33
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə birgə 7-ci qrupda yer alan komandalar da növbəti matçlarına çıxıblar. Allsport.az saytı xəbər verir ki, millimizin doğma meydanda Almaniyaya 0:3 hesabıyla uduzduğu gündə Avstriya Rusiyanı, Finlandiya Farer adalarını qəbul edəcək.
Hər iki görüş meydan sahiblərinin qələbəsiylə bitib. Avstriyalılar rusları 4:3 hesabıyla məğlub ediblərsə, finlandiyalılar farerlər üzərində darmadağına seviniblər – 3:0.
| Komandalar | O | Q | H | M | T/F | X |
| Finlandiya | 2 | 2 | 0 | 0 | 5-0 | 6 |
| Avstriya | 2 | 2 | 0 | 0 | 6–3 | 6 |
| Almaniya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
| Azərbaycan | 3 | 1 | 0 | 2 | 1-5 | 3 |
| Rusiya | 2 | 0 | 0 | 2 | 3–6 | 0 |
| Farer adaları | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |