Avstriyaya 7 cüdoçu ilə

Beynəlxalq cüdo federasiyasının təqviminə əsasən, 6–8 martda Avstriyanın Linz şəhərində cüdo üzrə qran-pri turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Dünya cüdo turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

60 kq

Murad Muradlı

66 kq

Ruslan Paşayev

İslam Rəhimov

81 kq

Ömər Rəcəbli

Vüsal Qələndərzadə

+100 kq

Camal Həmzətxanov

Uşanqi Kokauri

Həmin kateqoriyadan