Aydın Əlibəyov Avrasiya kubokunun qalibi olub

Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış edərək, 5 qızıl medal qazanıb.

Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 may – müstəqillik gününə həsr etdiyini bildirib.

Həmin kateqoriyadan