- Baxış sayı: 41
- 13 Aprel 2025 12:11
- Baxış sayı: 44
- Aprel 14, 2025
- 0
Ayşə və Stefen Kari NBA-nın ən məşhur cütlüklərindən biridir.
Allsport.az xəbər verir ki, onlar yeniyetmə yaşlarından bir-birlərini tanıyırlar və birlikdə orta məktəbə gediblər. Cütlük 2011-ci ildə evlənib. Onların 3 gözəl övladı var: 10 yaşlı qızları Rayli, 7 yaşlı oğlanları Rayan və 3 yaşlı oğlanları Canon.
“Bu məşhur NBA cütlüyü sosial şəbəkələrdə təsvir olunduğu kimi bir-birinə sadiq deyil. Onların bir-birindən gizlətdiyi 2-ci həyatları var” – deyə tez-tez sosial şəbəkələrdə buna bənzər paylaşımlar yer alıb.
Lakin Ayşə bu məlumatı dərhal təkzib edib:
“Bunun nə qədər gülünc bir şey olduğu barədə fikriniz varmı? Mənim evliliyimə belə hörmətsizlik göstərməyə ehtiyac yoxdur”.