- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 18-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, 0:0 hesabı ilə başa çatan oyundan danışıb:
“Əlbəttə, oyunun gərgin, sürətli keçəcəyi gözlənilirdi. Rəqibimiz “Zirə” idi, bu komanda hər rəqibə qarşı fərqli oynayır. Bizə qarşı necə oynayacaqlarını təxmin etmişdik. Komandadan razı qaldım, “Qəbələ” ilə oyunda çatışmayan aqressiya bu gün var idi.
Bu oyunda sonluq çatmadı. Epizodlar oldu, istəyərdik ki, qələbə qazanıb, xal fərqini azaldaq. Çempionatın sonuna qədər gərgin mübarizə olacaq. “Keşlə” ilə matçdan sonra hər oyunda itkilərimiz olur. Bu, bir az işimizi çətinə salır”.