- Baxış sayı: 17
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“Sumqayıt” Azərbaycan kubokunun 1/2 finalının cavab oyununda səfərdə “Zirə” ilə məhsuldar heç-heçə edərək mərhələ adlayıb. Allsport.az saytı xəbər verir ki, matçdan sonra mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov bunu deyib:
“Bilirdik ki, bu il Sumqayıtn 70 illik yubileyidir. Final şəhər üçün bir hədiyyə idi ki, buna nail olmağı bacardıq. Bəlkə “Zirə”ylə çempionata başlayanda desəydilər ki, finalda oynayacaqsan, ancaq “Sumqayıt”la, buna inanmazdım. Gənc mütəxəssis kimi finala çıxmağım çox sevindiricidir. Bunda əziyyəti olanların hamısına minnətdaram.
Bu gün qol vurmağımız lazım idi. Dünən Peyman məşqdə ağır zədələnmişdi, bu gün oynamamalı idi. Ancaq sağ olsun həkimlər, oyunöncəsi dedilər ki, meydana çıxa bilər. O da matçın qəhrəmanı oldu. Hər işdə bir xeyir var. Komandam finala layiq idi. Gənc futbolçulara inanmaq lazımdı. Kollektivdə mehribanlıq, istək olarsa, nəticə qazanmaq olar. Finala çıxmağımız böyük uğurdur.
Final haqda danışmaq istəmirəm. İki dəfə futbolçu kimi final oynamışam. Bəli, artıq finaldayıq. Amma onu da unutmuruq ki, çempionatda vəziyyətimiz yaxşı deyil. Son pilləni tutmaq istəmirik. “Sabah” və “Qəbələ”ylə vacib oyunlarımız var. “Sumqayıt”da yaxşı ab-hava var. İstəyirəm ki, burda da uğur qazanaq, Avropaya çıxaq”.