- Baxış sayı: 35
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 148
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 1-ci turunda keçirilən “Sumqayıt” – “Keşlə” oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Futbol üçün darıxmışdıq. Qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də, ədalətli nəticə bərabərlik idi. Futbolçularım bacardıqlarını etdilər. Bəzi futbolçuların gec qoşulmağı bizi bir az geriyə saldı. Vaxtımız azdı, qarşıdakı Avropa liqası oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdur. Səbrli olub, işimizi davam etdirəcəyik”.