- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 20-ci turunda “Qəbələ”yə 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Qəbələ”ni təbrik edirəm. Onlar bu gün qələbəni bizdən çox istədilər. Əsl əzmkar komandadır. “Sumqayıt”da işlədiyim müddət ərzində belə zəif oynamağımız yadıma gəlmir. Danışılası bir şey yoxdur. Çox pis məğlubiyyətdir. Çalışacağıq ki toparlanaq və gələn oyuna hazırlaşaq.