Ayxan Abbasov: “Biz də əlimizi aşağı salmayacağıq”

Allsport.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalının ilk oyununda “Neftçi”yə qalib gəlməklərini (1:0) şərh edib. O deyib:

“Kubok 2 oyundan ibarətdir. 1-ci hissə bitdi, qarşıda bizi 2-ci hissə gözləyir. Azarkeşlərimiz qarşısında oynayırdıq. İstəyirdik üstünlüyümüz olsun. Burada məğlub olsaydıq, Bakıda bizə daha çətin olacaqdı. Yarımfinala yaraşan gözəl atmosfer var idi. Azarkeşlərimizi sevindirdiyimiz üçün sevinirəm. “Neftçi”nin gücü bəllidir. Heyətində çox yaxşı futbolçular var. Bu gün futbolçularım düzgün oynadılar. 2-ci oyuna hazırlaşmalıyıq. Zədələr məni üzdü. İnanıram ki, həm çempionat həm də kubokun cavab oyunuma hazırlaşacağıq. Əlbəttə, “Neftçi” favoritdir. Amma biz də əlimizi aşağı salmayacağıq. Maksimum mübarizə aparacağıq”.

Həmin kateqoriyadan

azenrutr