- Baxış sayı: 41
- 14 Dekabr 2025 18:30
- Baxış sayı: 149
- Dekabr 14, 2025
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Kapoşvar” klubuna 3:4 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq. Ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar.
Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq”.