- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 2-ci turunda səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov zəfəri şərh edib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis fasilənin onlara faydalı olduğunu deyib:
“Neftçi”yə “Qalatasaray”la oyunda uğurlar arzulayıram. Füzuli Məmmədovun komandasının mərhələni keçməsini çox istərdim. Avropa liqasında məğlub olsaq da, fasilə bizə yararlı oldu. Yeni gələn oyunçularımız var idi, yoxlama görüşü keçirdik.
Yasvaş-yavaş formaya düşürük. Futbolçularıma təşəkkür edirəm. Taktikanı düzgün yerinə yetirdilər, əzmkarlıq göstərdilər, rəqibin boşluqlarından istifadə etdilər. Azarkeşlərimizi təbrik edirəm. Ürəkləri bizimlə idi”.