- Baxış sayı: 187
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 187
- Dekabr 05, 2025
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 14-cü turunda “Keşlə” ilə keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib:
“Çoxdandır ki, qələbə qazanmırdıq. Bəzi oyunlarda uduzmuşduq. “Keşlə”ni tanıyırıq. Bilirdik ki, rəqib üstümüzə gələcək, amma sonunu gətirə bilmədik. İlk 3 tur ağır keçəcək. Sonadək mübarizə aparacağıq. Komandalar arasındakı xal fərqi azdır. “Neftçi” və “Qarabağ”ı çıxmaq şərti ilə, hansısa komandanı favorit adlandırmaq çətindir. Növbəti turda “Səbail”lə matç çətin olacaq”.