- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 10-cu turunda “Zirə” ilə heç-heçə etdikləri (2:2) oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 2 xal itirdiklərini deyib:
“Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada ruhdan düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik”.