- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun 1/4 finalında keçirilən “Neftçi” – “Sumqayıt” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Neftçi”nin gücü bəllidir, geniş heyəti var. Biz də çalışdıq oyunu düzgün analiz edək. Hesabdan önəmli futbolçuların taktiki tapşırıqları yaxşı yerinə yetirmələridir. Daha öncə də demişik – vuruşacağıq. Bütün oyunlarda var gücümüzü ortaya qoyacağıq. Bu gün əlimizdə olan futbolçular bizi qane edir. Hamısına inanırıq. Komandamızın gələcək üçün potensialı var. Səbirli olsaq, yaxşı yerlərdə ola bilərik”.