- Baxış sayı: 27
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Qəbələ” ilə qarşılaşdıqları yoxlama oyunundan sonra mətbuat konfransında fikrini bildirib. Allsport.az xəbər verir ki, o, 2:2 hesablı nəticəni şərh edib:
“3 aydan sonra oynamaq üçün darıxmışdıq. Çalışdıq hər iki hissəni ayrı-ayrı heyətlə oynayaq. Bunun da səbəbi var. Futbolçular uzun müddət idi oynamırdı. Gördük ki, futbolçuların fiziki forması tam yerində deyil. Vaxtımız azdır, çalışacağıq işlərimizi davam etdirək.
İstədiyimiz temp yox idi, xırda səhvlər də var idi. Ancaq buna görə narazı olmağa haqqımız yoxdur. Futbolçular uzun müddətdir ki oynamırlar. Sevindiricidir ki, hər iki komandanın heyətində ciddi zədələnən olmadı. Ümumilikdə, meydandakı hərəkətlilikdən razı qaldım”.