- Baxış sayı: 17
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 19-cu turunda “Sabah”a qarşı keçirdikləri oyunndan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, oyunu (1:1) şərh edib:
“Çətin səfər oyunu gözləyirdik. Bilirdik ki, “Sabah” son sıradan qurtulmaq istəyir, yaralı aslan kimi idilər. Heyətdə itkilərimiz var idi. Sıx qrafik oyunun sonlarında yorğunluqla öz sözünü dedi. İlk hissədə oynanılan oyundan narazı qaldım. Qarşıda bizi çətin oyunlar gözləyir. Son turlara qədər gərgin mübarizə davam edəcək. Heyətimizdə gənclərdi. Vacib futbolçular var ki, onlar zədələndə yerlərini doldurmaq çətin olur. Sona qədər mübarizə aparacağıq”.