- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu (0:0, ilk oyun 1:0) şərh edib.
Allsport.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Yarımfinala çıxmaq sevindiricidir. “Neftçi”ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdilər. 1 ildi ki, “Sumqayıt”dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq. Yarımfinalda “Qarabağ”la qarşılaşmaq istəyirəm”.