- Baxış sayı: 31
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 145
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib.
Çalışdırıcı yubiley matçında “Neftçi” üzərində 2:0 hesablı səfər qələbəsinə sevinib. Baş məşqçi kimi iki klubda “Zirə” və “Sumqayıt”da çalışan Abbasovun debütü 2017-ci il yanvarın 29-na təsadüf edib. Həmin gün Abbasov ilk matçında “Zirə”nin AZAL üzərində ev qələbəsinə şahid olub – 2:1. Ümumilikdə, 100 qarşılaşmada 38 qələbə görən mütəxəssis 27 heç-heçə və 35 məğlubiyyətdə iştirak edib.
100 oyundan 5-i Avropa liqası, 12-si Azərbaycan kuboku, 83-ü Azərbaycan premyer liqasına təsadüf edib. “Neftçi” ilə görüş həm də premyer liqada 30-cu qələbə olub. Abbasov 18 dəfə “Zirə”, 12 dəfə “Sumqayıt”ın baş məşqçisi kimi 3 xal qazanılmasında pay sahibi olub.