- Baxış sayı: 25
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 73
- Noyabr 28, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ölkə çempionatının 26-cı turunda “Neftçi”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, səfərdə 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı bunu söyləyib:
“Bu səfər matçının çətin olacağını bilirdik. Çünki “Neftçi” çempionluğa oynayan komandadır. Ancaq, bizim durum da bəllidir, premyer liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız alışıb yanırdılar.
Xüsusilə də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var. Bəlkə də bu 2 gün oyuna ən rahat hazırlaşdığımız günlərdən idi. Baxşəli Baxşəliyevin ilk oyunu idi. Futbolçularımızı təzyiq altında saxlamadıq. İlk hissədə taktiki tapşırıqlarımız yerinə yetirdik. Ancaq ikinci hissədə çətin anlar oldu, bəzi dəyişiklikləri etdik. Futbolçularıma həmişə inanmışam”.