- Baxış sayı: 91
- 03 Dekabr 2025 19:56

- Baxış sayı: 174
- Dekabr 19, 2025
- 0


Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.
Allsport.az xəbər verir ki, 25-31 avqustda Parisdə keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.
Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov – Həcər Nuriyeva tandemi Azərbaycanı dünya çempionatında təmsil edəcək.
Azərbaycan badminton federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.