Azərbaycan – Bolqarıstan əlaqələrinin 30 illiyi münasibəti ilə gənclərin idman festivalı

İyunun 5-də Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə gənclərin idman festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında hər 2 ölkənin dövlət himni səsləndirildikdən sonra, açılış mərasimi bədii hissə ilə davam edib.

Daha sonra meydan hər iki ölkənin idmançılarına verilib. Güləş, akrobatika gimnastikası, brekdans və kapoeyra idmançılarının yarışı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Bir-birindən maraqlı yarış və nümunəvi çıxışlar dostluq şəraitində keçib.

Festivalın sonunda idmançıların mükafatlandırılma mərasimi keçirilib. Komanda rəhbərlərinə və idmançılara xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish