- Baxış sayı: 61
- 26 İyul 2024 19:51
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
İtaliya paytaxtında Beynəlxalq idman mətbuatı assosiasiyasının (AİPS) 84-cü ümumdünya konqresi başlayıb. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək toplantıda ölkəmizi Azərbaycan idman jurnalistləri assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov, 1-ci vitse-prezidenti və beynəlxalq əlaqələr üzrə əlaqələndirici Nərgiz Mahmudzadə və Azərbaycan idman jurnalistləri ictimai birliyinin idarə heyətinin üzvü Ayan Nəcəfli təmsil edirlər.
Oktyabrın 4-ündə Avropa idman mətbuatı ittifaqının (UEPS) baş assambleyasında növbəti 4 il müddətinə ittifaqın prezidenti, baş katibi, icraiyyə komitəsi üzvlərinin seçkiləri keçirilib. Həmyerlimiz Nigar Mahmudzadə icraiyyə komitəsi üzvlüyünə namizədlər sırasında olub. Səsvermədə 39 ölkədən 31-nin nümayəndəsi ona etimad göstərib. Azərbaycan öncələr də icraiyyə komitəsində təmsil olunub. O zaman Eldar İsmayılov UEPS-ə seçilmişdi.
AİPS 1924-cü il iyulun 2-də Parisdə yaradılıb və hazırda 164 ölkə assosiasiyada təmsil olunur. Ölkəmizi bu qurumda AİJA təmsil edir. Qurumun fəal üzvlərindən olan Azərbaycan bir dəfə təşkilatçı rolunda çıxış edib.
2014-cü ildə AİPS-in 90-illik yubileyinə təsadüf edən 77-ci konqresi Bakıda keçirilib.