Azərbaycan Avstriyaya da qalib gələ biləcəkmi?

21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində ikinci matçına çıxır. Allsport.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Avstriya yığmasını qəbul edəcək.

Qeyd edək ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız cari seçmə mərhələyə uğurlu başlayıb. İlk oyununda səfərdə Farer adaları üzərində səfər qələbəsinə sevinən millimiz indi doğma meydanda bu uğurun davamını gətirməyə çalışmalıdır.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
4 sentyabr

19:00. Azərbaycan – Avstriya
Baş hakim: Denis Şerbakov.
Baş hakimin köməkçiləri: Andrey Getikov, Yevgeni Romanov.
Dördüncü hakim: Vadim Pançanka (Hakimlər briqadası Belarusdandır).
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
Bakı. “Dalğa Arena”.

Həmin kateqoriyadan