Azərbaycan çempionatı keçiriləcək

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək. 

Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər. Ötən mövsüm olduğu kimi, bu il də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.

Həmin kateqoriyadan