Azərbaycan çempionatı start götürdü

Gənclər və idman nazirliyi və Azərbaycan üzgüçülük federasiyasının (ASF) birgə təşkilatçılığı ilə üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb.

Allsport.az xəbər verir ki, Bakı su idmanı sarayında keçirilən yarışda ölkənin müxtəlif şəhər və klublarını təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üslublar üzrə yarışıb. Yarış həm fərdi, həm də estafet şəklində keçirilir. İlk günündə aşağıdakı nəticələr qeydə alınıb:

Qadınlar
Qarışıq üsulla 400 metr – Sofiya Hacıyeva (qızıl medal), Sofiya Medvedyeva (gümüş medal);
Sərbəst üsulla 800 metr – Məryəm Cavadova (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Leyla Abduləzizova (bürünc medal);
Sərbəst üsulla 1500 metr – Vlastilina Xasyanova (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal);

Oğlanlar
Qarışıq üsulla 400 metr – Oqtay Hüseynov (qızıl medal), Fərhad Şirməmmədli (gümüş medal), Timur Nikiforov (bürünc);
Sərbəst üsulla 800 metr – Süleyman İsmayılzadə (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal);
Sərbəst üsulla 1500 metr – Süleyman İsmayılzadə (qızıl medal), Amin Oruclu (gümüş medal), Teyyub Həsənov (bürünc medal);

Yarışlar bitdikdən sonra mükafatlandırma mərasimi keçirilib. İdmançılara mükafatları ASF-nin baş katibi Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, müşavir Rəşad Əbdürəhmanov, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Luka Qabrillo, çempionatın baş katibi Rəşad Əliyev və Bakı su idmanı sarayının direktoru Əjdər Abbasov təqdim ediblər.

Həmin kateqoriyadan