- Baxış sayı: 62
- 31 Mart 2026 10:19
- Baxış sayı: 687
- Mart 30, 2026
- 0

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.
Allsport.az xəbər verir ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı növbəti mərhələyə yüksəlib. Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abbasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.
Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova ¼ finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.
Çempionata fevralın 22-də yekun vurulacaq.
“Landmark” biznes mərkəzində təşkil olunan Azərbaycan çempionatında partiyalar hər gün saat 15-00-da başlayır.