Azərbaycan çövkən üzrə ilk dünya çempionatına qələbə ilə başlayıb!

İlk dəfə olaraq çövkən üzrə dünya çempionatına ölkəmizdə start verilib. Allsport.az saytı xəbər verir ki, Binə atçılıq mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə yarışın açılış mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başlanıb.

Açılış mərasimində BÇF-in prezidenti Bəhruz Nəbiyev və Azərbaycan respublikası atçılıq federasiyasının vitse-prezidenti Bəsirət Quliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Sonra iştirakçı komandaların keçidi olub. Açılış mərasimi elan olunduqdan sonra dünya çempionatının ilk qarşılaşmaları “A” qrupunda Azərbaycan – Qazaxıstan (5:0) və Türkiyə – Malta (5:1), “B” qrupunda isə Mərakeş – Küveyt (5:0) və Nigeriya – Almaniya (5:0) komandaları arasında keçirilib.

Həmin kateqoriyadan