- Baxış sayı: 148
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0
Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası – “Boluspor” öz meydanında digər azərbaycanlı futbolçu Rail Məlikovun klubu “Dənizlispor”u qəbul edib.
Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavadov meydana 80-ci dəqiqədə çıxıb. Məlikovun adı isə matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, hazırda Cavadovun komandası 31 xalla 10-cu, Məlikovun klubu isə 21 xalla 17-ci pillədə qərarlaşıb.