“Rusiya onun evidir”

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin agenti Jelko Dekiç futbolçusu barədə danışıb.

Allsport.az xəbər verir ki, o, Şeydayevin Rusiyaya mümkün qayıdışı ilə bağlı sualı da cavablandırıb:

“Türkiyə çempionatı Ramilə çox yaraşır. Şeydayevin əla fiziki hazırlığı var, amma ona bir az vaxt lazımdır. Sonra əla oynayacaq. Onun komandası Türkiyə super liqasına vəsiqə qazanmaq üçün favoritlər sırasındadır. Şeydayev Rusiya premyer liqasına qayıtmağı planlaşdırır? Rusiya onun evidir. Ramil bir gün mütləq qayıdacaq”. 

Ramil Rusiyanın “Zenit” klubunun yetirməsidir.

Həmin kateqoriyadan