Azərbaycan kubokunun yeni mövsümün püşkü atılıb

Azərbaycan kubokunun yeni mövsümünün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, yeni mövsümdə mükafat uğrunda 18 klub mübarizə aparacaq. Bunlar Premyer Liqada çıxış edən “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AzAL və “Sumqayıt”, eləcə də 1-ci divizionun 10 təmsilçisidir (“Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor” və “Səbail”). 1/4 finala qədər yalnız ev-səfər prinsipi olmayacaq, ilk mərhələdə qalib gələn növbəti etapa adlayacaq. Püşkatma nəticəsində 1/16 və 1/8 finalda mübarizə aparacaq cütlüklər aşağıdakı kimi formalaşıb:

12 oktyabr, 1/16 final

“Turan Tovuz” – “Bakılı”
“Şəmkir” – “Qaradağ Lökbatan”

2-3 dekabr, 1/8 final

“Kəpəz” – “Şahdağ”
“Neftçi” – “Şərurspor”
“Sumqayıt” – MOİK
“Qarabağ” – “Səbail”
“Zirə” – “Turan Tovuz”/”Bakılı”
“Qəbələ” – “Zaqatala”
“İnter” – “Şəmkir”/”Qaradağ Lökbatan”
AzAL – “Rəvan”

Həmin kateqoriyadan