- Baxış sayı: 29
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0
Noyabrın 17-də, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 6-dək qeydiyyatdan keçməlidirlər. Allsport.az xəbər verir ki,
Qeydiyyatdan keçmək üçün aşağıdakılar tələb olunur:
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3×4 ölçüdə, elektron formatda şəkil
Yuxarıda qeyd olunanlar 6 noyabr saat 18:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.