- Baxış sayı: 26
- 13 Aprel 2025 22:38
- Baxış sayı: 62
- Aprel 13, 2025
- 0
Keçmişdə, yəni “ən yeni tarix” adlanan XX yüzilliyə, uzaqbaşı, XIX yüzilliyin sonlarına qədər belə olmayıb. O vaxtlar dövlətləri, xalqları dünyada tanıdan, şöhrətləndirən onların hərbi və iqtisadi qüdrətləri, daha sonrasa, sənaye inqilabındakı böyük uğurları olub. Roma imperiyası güclənib mədəniyyət, demokratiya beşiyi, idman, olimpiya oyunları vətəni Yunanıstanı üstələyəndə, ətraflar o qədim ölkənin dünənki şöhrət və xidmətlərini “unutdular”. Sonra barbarlar Roma ilə o cür rəftar edəndə də belə oldu.
Amma o da həqiqətdir ki, bunlar gerçək dəyər – qiymətini yaranışlarından xeyli, bəzənsə çox-çox sonralar aldıqları halda, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andanca dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adlarını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır, yeri gələndə, beynəlxalq siyasət məclislərində o dövlətin başçı və nümayəndələrinin sözlərinin çəkisinə əlavə sanbal qatırlar. Ələlxüsus, belə dövlətlər kiçik, hərbi-iqtisadi baxımdan zəif olduqda.
Bir həqiqət, bəlkə də, çoxlarına və çoxdan məlumdur. Bizcə, keçmiş Sovet bloku ölkələrin rəhbərlərindən isə onu ilk dəfə, özü də çox sərrast, aşkar şəkildə dilə gətirən Heydər Əliyev oldu: “İndi dünyada ölkəni, xalqı idman qədər başqa heç nə tanıda bilmir”.
Bəli, idmançılarımız kimi, məşqçilərimiz də Azərbaycanı dünyada layiqincə tanıdıb. Voleybol respublikamızda şöhrət tapdıqca, sədası SSRİ-yə, sonra ətrafa yayılmağa başlayıb. 1928-ci ildə Moskvada SSRİ xalqlarının 1-ci spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənilib hazırlandı və təsdiq edilib. 1932-ci ildə Bakıda ilk dəfə olaraq təzə qaydalara əsasən şəhər birinciliyi keçirilib. Yarışlarda «Jeldor», «Qornyak», «Kommunalnik», «Dinamo», «Moryak», AzNİ komandaları iştirak ediblər.
Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt təşkil olunub. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanıblar. O vaxtdan Bakı yığmasının üzvləri Azərbaycanda və hətta SSRİ-də kifayət qədər şöhrət tapıblar.
Bir il sonra Böyük Oktyabr inqilabının 40-illiyinə həsr olunmuş SSRİ kubokunda İosif Kiblitskinin rəhbərliyi ilə kişilərdən ibarət komandamız bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Heyətdə Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Gennadi Rudnov, Xəyyam Zülfüqarov, Oqtay Ağayev, Həsən Ələkbərov, Tofiq Kazımov, Feliks Məmmədov və Fazil Rzayev kimi təcrübəli idmançılar çıxış ediblər. Adı ilk çəkilən voleybolçu 1956-cı ildə Fransada keçiriliən dünya çempionatında SSRİ millisinin heyətində bürünc medala yetişib. Elə həmin il o vaxtkı S.M.Kirov adına Azərbaycan dövlət bədən tərbiyəsi institununu bitirib. Həmyerlimizin uğurlu məşqçilik karyerası RSSFR-ə aiddir. 1976-1994-cü illərdə Çelyabinskin «Politexnik» qadın komandasına rəhbərlik edib. Bu kollektiv 1993-cü ildə ilk dəfə Rusiya kubokuna yiyələnib. 1987-ci ildə Yuqoslaviyanın Zaqreb şəhərində keçirilən tələbələrin universiadasında SSRİ yığması 2-ci yeri tutub.
Keçmiş bakılı kişi voleybolunda Çelyabinskin «Torpedo» (1999) və «Avtodor-Metar» (2008) klublarını çalışdırıb.
Digər istedadlı mütəxəssis Şamil Şamxalov 35 yaşında ikən Azərbaycanın ustalardan ibarət qadın komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə «Neftyanik» klubu 1961-ci ildə yüksək liqaya vəsiqə qazanıb; 1966-cı ildə 3-cü, bir il sonra Azərbaycan SSRİ komandası adı ilə 2-ci olub.
Təcrübəli mütəxəssis Kubada voleybolun inkişafına da öz tövhəsinə verib. Bu gün «Azadlıq adası»nın qadın millisinin dünya voleybolunda aparıcı söz deməsi, azərbaycanlı məşqçinin qoyduğu möhkəm təməl sayəsindədir.
1960-70-ci illərdə Şamil Şamxalovun yetirməsi, İnna Rıskal ilə Vera Lantratova olimpiya oyunları, dünya və Avropa çempionatlarının qalibi olublar. Adı ilk çəkilən həmyerlimiz ötən əsrin 2-ci ən yaxşı qadın voleybolçusu adını daşıyır. O, 1963-cü ildə Rumıniyada qitənin ən güclülərinin yarışında qalib olub, çempionatda ilk dəfə iştirak edən «Gənc oyunçuların ən güclüsü» üçün təsis edilmiş mükafata yiyələnib. Bir il sonra, Tokio-1964-də SSRİ yığması gümüş medal qazanıb. İnna orada parlaq çıxışına görə «Xəzər şimşəyi» ləqəbini alıb və maraqlıdır ki, bu adı ona jurnalistlər verib. Bir il sonra həmyerlimiz Avropanın ən güclü voleybolçusu seçilib. O, qitənin ən güclülərinin yarışında 2 dəfə də baş mükafata sahib çıxıb (1967, 1971).
Böyük Oktyabr inqilabının 40-illiyinə həsr olunmuş SSRİ kubokunda qalib heyətin üzvlərindən biri Feliks Məmmədov idi. Onun məşqçilik karyerasının ilk dönəmi çox uğurlu keçib. Gənc mütəxəssis 1962-1965-ci illərdə yeniyetmə oğlanlardan ibarət yığmaya rəhbərlik edib. Komandamız məktəblilərin spartakiadasında və digər ümumittifaq yarışlarında uğurla çıxış edib.
Qadınlardan ibarət «Neftçi» klubu onun başçılığı ilə 1972-ci ildə yüksək dəstədə 3-cü yer tutub. Bu uğur müqabilində Azərbaycan SSRİ 1-ci katibi Heydər Əliyev onu mənzil və qızıl saatla mükafatlandırıb.
Həmyerlimiz 11 il Türkiyədə işləmiyib. Həmin müddət ərzində bu ölkənin ayrı-ayrı komandaları ilə çalışmışıb. Təmsil etdiyim komandalar müxtəlif yarışlarda yüksək nəticələr göstəriblər. Bu uğurlara görə dəfələrlə müxtəlif mükafatlara və fəxri diplomlara layiq görülüb.
80-ci illərdə Şamil Şamxalovun daha bir yetirməsi – Faiq Qarayev parlayıb. O, 1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb. 1987-ci ildə onun baş məşqçilik etdiyi BMKZ (keçmiş «Neftçi») SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib. Bununla yanaşı, SSRİ gənc qızlardan ibarət yığmasının məşqçi olub, bu komanda ilə Avropa birinciliyini qazanıb, dünya çempionatına yollanıb.
1991-ci ildə Faiq Qarayev komandası sonuncu SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub. Sonra mütəxəssis ölkədə qeyri-sabit vəziyyətlə bağlı Türkiyəyə üz tutub. Qardaş ölkədə millinin idman direktoru olub. 1994-cü ildən İstanbul “Vəqfbank”ında işləyib. Baş məşqçi kimi bu klubu 1997/98-ci mövsümündə çempionlar liqasının finalına daşıyıb. Türkiyə voleybolunu Avropa miqyasına çıxaran ilk mütəxəssis məhz Faiq Qarayev olub. Komandanı qorumaq üçün Alla Həsənova (Seleznyova), Yelena Şabovta, Sveta Zaikina, Elmira Mixayılova, Nisə Quliyevanı özü ilə aparıb, ilk dəfə Türkiyə voleybolunu Avropa elitasına çıxarıb.
1997-ci ildə Azərbaycan lideri Heydər Əliyevin səyləri ilə artıq həyatın bütün sahələrində olduğu kimi, idmanda da müəyyənləşdirilib formalaşmış yolla irəliləyirdi. Bununla belə, cəmi bir neçə ilə pərən-pərən salınmış istedadları toparlamaq, məhv həddinə çatdırılmış təsərrüfatı bərpa etmək üçün qüvvələrin səfərbər edilməsi gərək idi. Amma iş tək bununla bitmirdi. Dövrün, zamanın tələbləri başqa idi. Tarixinin “ən yeni” çağına qədəm qoymuş əksər idman növlərində beynəlxalq səviyyədə təşkilatlanma optimal inkişaf həddinə çatmışdı. Üstəlik, münasibətlər sistemi də sovet dövründə adət etdiyimizdən fərqli idi. Vahid mərkəzdən mütləq qərarlarla idarəedicilik mümkün, əslində elə arzuolunan da deyildi. İlham Əliyev MOK-a rəhbər seçiləndən sonra, Azərbaycanı tərk edən məşqçiləri geri dəvət etdi. 2000-ci ildə Faiq Qarayevi Vətənə döndü. Mütəxəssis özü ilə apardığı səviyyəli oyunçuların əksəriyyətini milliyə qaytardı. FİVB və CEV-ə cərimələr ödənildi; 4-illik fasilədən sonra, 2001-ci ildən yığma və klub komandaların yenidən beynəlxalq yarışlarda çıxış etmək hüqunu bərpa olundu. Elə həmin mövsüm Alla Həsənovalı və Yelena Şabovtalı «Azərrəyl» Top-komandada mükəmməl çıxış edərək, məğlub olmadan kuboka sahib çıxdı. 2003/04 illərdə «dəmiryolçular» tarixində 1-ci dəfə çempionlar liqasının «Dördlər finalı»na yüksəldi…
Ölkəmizin tanınmış voleybol mütəxəssisi Aleksandr Çervyakov ötən mövsüm İsrailin “Makkabi” (Hayfa) klubunu çalışdırıb və premyer-liqanın gümüş medalını qazanıb.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”